Arzu Heydərova adlı qadın Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Öz aramızda" verilişinə müraciət edərək, müğənni Nazənin və oğlu ilə bağlı iddialar irəli sürüb
Qadın qızının ifaçının oğlu Fəxri tərəfindən qaçırıldığını bildirib:

"Qızım 3 gündü yoxdur. Mənim uşağımın həyatını müğənni Nazəninin oğlu məhv etdi, kömək edin. Övladım həmin müğənninin oğlundan iki aylıq hamilədir. Oğlan qızımı aldatdığı və başqası ilə evləndiyi üçün qızım 3 gündür yoxdur, evdən qaçıb".

Müğənni Nazənin axşam.az-a məsələ ilə bağlı danışıb:

"Oğlum ilk həyat yoldaşından ayrılıb. Evliliyi qısa çəkdiyi üçün övladı olmayıb. İndi Astaradan tanıyıb-bildiyim bir ailənin qızı ilə evləndirmişəm. Xanımın adı Arzudur. İkinci evliliyi olduğu üçün qabartmadım, mediaya yaymadım. Oğlum subay olanda o qadının qızı ilə görüşüb. Hər subay kişi kimi Fəxrinin də qadınla görüşmək haqqı var.
 
Qadın qızını qız uşağı kimi qələmə verməsin. Həmin qız 13 yaşında ərə gedib və mənim oğlumla görüşəndə boşanmışdı, bir oğlu da var. Fəxrinin evləndiyini eşidən gündən zəng vurub şantaj edir. Biz də Xətai Rayon Polis Şöbəsinə şikayət etmişik. Qızın yazdığı mesajlar, zəng vurduğu nömrələr qalıb. O qız oğlumun ailəsini yenidən dağıtmağa çalışır, amma buna icazə verməyəcəm. O ana oğlumdan şikayət etməkdənsə, gedib qızına sahib çıxsın".

Milli.Az