[ 27 Mart 2015 13:49 ]


Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, MTN-nin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib:



General-leytenant ali hərbi rütbəsi


general-mayor Vəli Məmiş oğlu Ələsgərova
general-mayor Elçin Ərsalan oğlu Əliyevə
general-mayor Fərhad Hüseyn oğlu Vahabova

General-mayor ali hərbi rütbəsi

polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə.
 

Dövlət başçısının digər sərəncamı ilə İqor Leonidoviç Kərimova Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı verilib.