Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Nəsimi rayonu Dilarə Əliyeva küçəsində nəqliyyatın hərəkəti tam təmin olunub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Dilarə Əliyeva küçəsinin Keykab xanım Səfərəliyeva küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan 1370 m hissəsində beton səki daşları mərmər səki daşı ilə əvəzlənib.

Yeni asfalt-beton örtük döşənərək yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri həyata keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az