[ 27 Mart 2015 12:15 ]
Bakı – APA. Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək üçün İsmayıllı rayonuna səfər edib.
APA-nın verdiyi məlumata görə, deputat İsmayıllı şəhərində yerləşən qərargahında hər bir seçicini fərdi qaydada qəbul edib, onların problemləri ilə maraqlanıb.
Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən müalicə və müayinə, məişət problemləri, işlə təminat ilə əlaqədar olub. Bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə bağlı isə deputat əlaqədar qurumlara müraciət ediləcəyini bildirib.