İrəvan Moskvanı niyə hədələyir?
Beləliklə, keçmiş çekist son günlərdə çox sayda hərbi qulluqçusunu itirmiş Ermənistan işğal ordusunun ad-sanını xilas etməyə çalışır.
Bu xadimi də, Ermənistan prezidenti Serj Sarkisyan kimi Rusiyanın Azərbaycana silah satması çox narahat edir. Guya, Ermənistan ordusu Çin silahı ilə təchiz edilib. Niyə, görəsən, İrəvan Rusiyadan çox vaxt hətta pulsuz silah ala bilər, amma Azərbaycan pulla belə yox? İrəvanda bu gülünc iddianı heç kim düz-əməlli əsaslandıra bilmir.
Bu azmış kimi, Şahnazaryan hətta Moskvanı hədələyib ki, Azərbaycan silah satışının davam etdirilməsi Ermənistanla Rusiyanın münasibətlərinə təsir göstərə bilər.
Görəsən, Moskva olmasa, ermənilərin başına nə işlər gəlməz? Axı məhz ermənilərin çox yaxın adamı Qorbaçovun rəhbərlik etdiyi Kreml Qarabaın işğalı üçün şərait yaratdı. Rusiyanın növbəti prezidenti Boris Yeltsinin dövründə isə Rusiya ordusunun bədnam 366-cı polku Azərbaycanın Xocalı şəhərinə hücum elədi və soyqırım törətdi.
Rusiya olmadan ermənilər yaşaya bilməz. Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryanın sözlərinə görə, Rusiya yaxın günlərdə Ermənistana əvəzsiz olaraq 47 mln. dollarlıq və 130 mln. rublluq yardım edəcək. Rusiyanın Ermənistana mayasından aşağı qiymətə qaz satması da nəzərə alındıqda, bu siyahını davam etdirmək olar.
İndi Ermənistanın hərbi qulluqçuları cəbhə xəttindən qaçmağa başlayıb, bunu da Moskvanın və Bakının əməli sayırlar. Sadəcə, bu gün Ermənistanın sadə insanları anlamağa başlayır ki, başqa ərazilərin tutulmasına xərclənən böyük vəsaitlər ölkə əhalisinin sosiald durumuna yönəldilsəydi, onların həyatı daha yaxşı olardı.
Ermənistandan fərqli olaraq Azərbaycan heç kimdən heç nə dilənmir və hər şeyi tam dəyərli valyuta ilə alır. Bizi heç kim stimullaşdırmır, bizim ən böyük stimuluz Azərbaycan ərazilərinin erməni işğalçı ordusundan tam azad olunması arzusudur. Əmin olun ki, tezliklə bu arzumuz çin olacaq.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47