"Bura çox gözəldir, heç qayıtmaq istəmirəm"
Azərbaycanın xalq artisti müqəddəs torpaqlara ziyarət edib.

Anspress-in məlumatına görə, xalq artisti Bilal Əliyev Kəbə ziyarətinə yollanıb.

Müğənni sosial şəbəkədən ziyarətdə olarkən çəkilən fotoşəkillərini dostları ilə bölüşərək hisslərini yazıb.

"Bütün dostlarımı Mədinə şəhərindən salamlayıram. Buradan Məkkəyə, Allahın evi Kəbəni ziyarətə getdim. Hamı üçün dua etdim. Bura çox gözəldir, heç qayıtmaq istəmirəm", - deyə sənətçi bildirib.

O, arzusunda olan bütün müsəlmanlara bu ziyarəti Allahdan qismət etməyi diləyib.

Onu da qeyd edək ki, xalq artisti ötən il Həcc ziyarətində də olub.

Milli.Az