"Mən "A-trio"nu yaratdım, məşhurlaşdırdım. Məqsədim ifayla tamaşaçını təəccübləndirmək idi, bunu da bacardım. Ramala (müğənni Ramal İsrafilov - red.) qrupumda olanda çox şey öyrətmişəm. Qrupun üzvlərinə fərqli dillərdə mahnılar öyrədirdim. Studiyaya salırdım, qapını bağlayırdım ki, qalın burda oxuyun. Məlumatlar axtarırdım, tapırdım. Sonradan qrupdan getdilər, itirən mən olmadım".
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Abbas Bağırov deyib. O, R.İsrafilovla münasibətlərindən danışıb:
 
"Ramal mənim yanımda olanda mahnı bəstələmirdi. Qrupdan sonra yazdı, gətirib mənə göstərirdi. Gedib Aygün Kazımovadan, Röyadan, başqa müğənnilərdən xahiş edirdim ki, Ramalın mahnısın oxuyun. Gənc idi, dəstək olurdum. İstəyirdim o sahədə də tanınsın. Bunu etiraf etsin".
 
Milli.Az