Beynəlxalq yoldaşlıq görüşündə Avstraliya ilə 2:2 bərabərə qaldıqları oyun Almaniya milli komandasının hücumçusu Lukaş Podolski üçün əlamətdar olub.
Qol.az-ın məlumatına görə, dünən yığmanın heyətində 122-ci matçına çıxan Podolski millidə vurduğu qolların sayını 48-ə yüksəldib.
 
Bununla da, Polşa əsilli alman futbolçu yığmanın ən məhsuldar oyunçuları sırasında yer alan Rudi FöllerYurgen Klinsmanı geridə qoyub. Almaniya millisinin ən məhsuldar futbolçusu 71 qolla Miroslav Klozedir. Qerd Müller isə 68 qolla ikinci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Podolski 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının ən yaxşı gənc futbolçusu seçilib.

Milli.Az