Bakıda kafe sahibi dövlət qulluqçusunu döyüb.Paytaxtda kafelərdən birinin sahibi dövlət qulluqçusunu döyüb
Hadisə Xətai rayonu, N.Tusi küçəsində yerləşən "Azəri" kafesində baş verib.
Bakı Vergilər Departamenti Operativ Nəzarət İdarəsində şöbə rəisinin müavini işləyən Vüqar Əhmədov yoxlama aparmaq istəyərkən özünü kafe sahibinin qardaşı kimi təqdim edən Telman adlı şəxs tərəfindən təzyiqə məruz qalıb.
Həmin şəxs departament əməkdaşlarının işinə müdaxilə edərək hədə-qorxu gəlib və onları vuraraq təhqir edib.
Milli.Az