16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib.

Trend AFFA-ya istinadən məlumat verir ki, portuqaliyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:5 hesabı ilə məğlub olub.
 
Oyunun 1-ci dəqiqəsində yığmamızın üzvü Aqşin Hüseynov qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.
 
Yığmamız növbəti oyununu martın 27-də Rusiya komandasına qarşı keçirəcək.

Milli.Az