Müğənni Vüqar Muradov Moskvada meşədə döyülməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Axşam.az atv.az-a istinadən xəbər verir ki, ifaçı hadisənin təfərrüatını danışıb:
"Elə hərəkəti ancaq nakişi edərdi. Sadəcə, məsələ belə olub: bir nəfərin mənimlə şəxsi problemi olub və görüb ki, onu üzbəüz həll etməyə nə cəsarəti, nə gücü, nə də kişiliyi çatmayacaq. Belə binamusluğa, şərəfsizliyə əl atıb. Deyirlər, guya mən imişlilər haqqında nəsə demişəm. İmişlidən mənim ən yaxın dostlarım var. Dostum İlkin elə İmişlidəndir. Bölgə söhbəti edən atasını tanımayan insandır. İmişli də, Kürdəmir də, Göyçay da, Naxçıvan da mənimdir. Bütün Azərbaycana qurban olum. Elə bil zombi idilər. Kiminsə mənə gücü çatmır, gedib o insanlara deyib ki, Vüqar imişliləri təhqir edib, onları söyüb. Həmin adamların da kişiliyi yoxdur ki, bir zəng edib soruşsunlar: ay Vüqar, məsələ necə olub?".
V.Muradov hadisə zamanı yanında prodüserinin olmadığını da bildirib. Sənətçi onu soyundurub, döymələri ilə bağlı söhbəti isə şayiə adlandırıb:
"Tək olmuşam, onlar isə 7-8 nəfər idilər. Tanımadığım bir yerdə, tanımadığım insanlar, çölün düzündə məni döydülər. Mənim prodüserim, ümumiyyətlə, yoxdur. Əgər məni kimsə soyundurub, döysəydi, həmin gün boynumu sındırıb, özümü öldürərdim. Mən bu dünyaya kişi olaraq gəlmişəm, heç vaxt nakişi olaraq getmərəm. Onu deyən insan qələt edir. Onu kimsə deyib, şou yaradır. Məni döyüblər, başıma tapança dirəyib, hər şeyi əlimdən alıblar - pulumu, telefonumu, üzüyümü, saatımı... Çölün düzündə, soyuğun altında atıb gediblər. Soyuqda donmuş vəziyyətdə qalmışam. Allah qurtardı məni. Birtəhər 40-45 dərəcə soyuqda dona-dona yola tərəf çıxdım, əl elədim, bir kişi məni gördü. Avtomobili ilə polisə apardı. Heç bir müalicə almıram. Üz-gözüm də şükürlər olsun, yerindədir. Sağlamlığım da qaydasındadır".
V.Muradov Aşıq Samirənin keçmiş həyat yoldaşı Rizvan Məmmədovun məsələ ilə bağlı heç bir əlaqəsi olmadığını deyib:
"Rizvan dostumdur. Arxamca şou düzəldib, yalandan olmayan şeylər deyirlər. Olmaz axı belə, günahdır".
İfaçı bu gün Bakıya qayıdacaq:
"Allahın qarşısında təmizəm. Əsas vicdanım da, kişiliyim də təmizdir, alnım da açıqdır. Hər bir insanın başına belə hadisə gələ bilər, heç kim bu cür hallardan sığortalanmayıb. Mən çörək pulu qazanmaq üçün, toy adı ilə getmişəm, ancaq mənə belə alcaqcasına tələ qurublar".
Vüqar Moskvada döyülməsindən danışdı: "Başıma tapança dirəyib..."
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur türkiyəli müğənni Azərbaycana gələcək
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33