Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirlib.
Qeyd edilib ki, mülki heyət Silahlı Qüvvələrin ştatında mövcud olan müxtəlif ixtisaslar üzrə - aşpaz, çilingər, sürücü, xadimə və sairə vəzifələrə işə götürülürlər: “Bu, davamlı olaraq aparılan ciddi bir işdir. Bu məsələləri həll etməklə həm vətəndaşlar iş yerləri ilə təmin edilmiş olur, həm də şəxsi heyətin diqqəti sırf döyüş hazırlığına yönəldilir”.
Milli.Az
Milli.Az