Bakının dərdi var...
ANS PRESS-in araşdırmasına görə, ölkə rəhbərliyi hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilməsini qarşıya məqsəd qoyub və hazırda icrasına başlanılan layihələr bölgələrin də su ilə təminatını xeyli dərəcədə yaxşılaşdıracaq.
Statistikaya əsasən, yeni su imkanlardan istifadə edəcək insanların sayı 470 mindir. Kür-Araz boyu yerləşən çaylarda modul tipli təmizləyici qurğular quraşdırılır və artıq 200-dən çox kənddə bu qurğular quraşdırılıb, demək, 400 mindən çox əhali artıq təmiz, içməli su ilə təmin edilir.
İndiyədək əhalinin keyfiyyətli su ilə təminatının normallaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu sutəmizləyici qurğuların quraşdırılması 100 minlərlə içməli su ilə təminatını yaxşılaşdırıb, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilib.
Ekspertlərin fikrincə, Azərbaycanın daxili su mənbələri məhduddur. Respublikanın əsas mənbələri xaricdə formalaşan çaylardır. Ona görə bu çayların sularından səmərəli şəkildə istifadə etmək, orada təmizləyici qurğuların tikintisi, eyni zamanda, daxili mənbələrin aşkarlanması prosesi gedir.
Onlar deyiblər ki, bütün şəhərlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Bir neçə şəhərdə bu layihələr başa çatıb. Bakını içməli su ilə təminatında Oğuz-Qəbələ-Bakı su kəməri mühüm rol oynayır. Bu kəmərlə Bakıya verilən suyun keyfiyyəti ÜST standartlarına tam uyğundur. Hazırda kəmərlə Bakı şəhərinə kəmərin layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir.
Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta özüaxımlı rejimdə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir. Bu kəmərin fəaliyyəti nəticəsində su ilə təchizat xeyli dərəcədə yaxşılaşdırılıb. Bakı qəsəbələrində bu layihə icra edilir və bəzi qəsəbələrdə artıq 24 saat fasiləsiz su verilir. Eyni yanaşma bölgələrdə də tətbiq edilir.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov bildirib ki, hökumət su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoyub. İndi Bakının və Abşeron yarımadasının fasiləsiz su ilə təminatı 78,3 faizə çatıb, 2004-cü ildə isə bu rəqəm 29 faiz idi. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi. Bundan əlavə, son vaxtlar paytaxt və ətraf qəsəbələrdə 2 min kilometr yeni su xətləri çəkilib, 200 mindən çox su sayğacı quraşdırılıb.
Bütövlükdə, içməli su layihələri “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icra edilir. Çaylar boyunca yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılır. Artezian quyularının qazılması bu il davam etdiriləcək. Bu məqsədlə də Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Bu il 300-dən çox artezian quyusu qazılacaq.
Ümumiyyətlə, Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil edir.
Ölkə ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən çoxdur.
Təbii şəraitdə respublikada çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3-0,5 qram/litr səviyyəsindədir.
Xatırladaq ki, ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi olmasına baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05