"Azərbaycan və Pakistan arasında münasibətlər dostluq və qardaşlıq əsasında qurulub. Pakistan hakimiyyəti Azərbaycanla münasibətlərin əhəmiyyətini dərk edir".

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində İslamabad Konfliktologiya İnstitutunun icraçı direktoru Sabah Aslam bildirib.

"Pakistan hakimiyyəti Azərbaycanla tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün yollar axtarır, diqqəti siyasət, təhlükəsizlik, ticarət və kommersiya məsələlərinə çəkir. Bu əməkdaşlıq qarşılıqlı səmərə verir. Mən ümid edirəm ki, ölkələrimiz böyük uğurlar əldə edəcək", - o əlavə edib.

Milli.Az