Yeni Gülçülük sovxozunda yaşayan sakinlər Milli.Az-a yazırlar ki, yaşayış massivində çox acınacaqlı vəziyyət yaranıb. Yaşayış massivinin ərazisində antisanitariya hökm sürür, zibilliklə doludur. Beş il ərzində dəfələrlə bələdiyyə sədrinə müraciət olunsa da, əhəmiyyət vermir. Sədrin özü zibilxananın yüz metrliyində yaşasa da, sakinlər öz hesablarına zibilliyi təmizlətdirirlər.Bakının məşhur qəsəbəsi zibillik içərisindədir. Sabunçu rayon Maştağa qəsəbəsinin sakinləri zibil içərisində boğulurlar.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı. Bayram günlərinə təsadüf etdiyindən bələdiyyə sədri və ya icra hakimiyyəti ilə danışmaq mümkün olmadı.
Gülər
Milli.Az


