Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionu “Rabitə” ilk matçına səfərdə çıxıb.

Bakı klubu Krasnodar “Dinamo”sunun qonağı olub. Zoran Qayıçin yetirmələri səfərdə yarışın favoritlərindən sayılan rəqibinə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, CEV kubokunun digər yarımfinal oyununda Polşa “Atom”u Türkiyə “Qalatasaray”ı ilə üz-üzə gəlib. İstanbul təmsilçisi ilk görüşdə məğlub olub - 0:3.

CEV kuboku
1/2 final
İlk oyun

24 fevral
Dinamo (Rusiya) - Rabitə (Azərbaycan) 3:1 (25:20; 18:25; 25:23; 25:22)
Hakimlər: Ahti Huntaniska (Finlandiya), Stefan Qrieder (İsveçrə).
Krasnodar, “Olimp” İdman Sarayı.
Mənbə
ANS PRESS