Hacıqabulda ov zamanı bədbəxt hadisə baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 23-də Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.

Sabirabad rayon sakini Xalis Xankişiyev ov zamanı ehtiyatsızlıqdan tüfənglə atəş açaraq, həmyerlisi Rüstəm Səmədova baş nahiyəsindən xəsarət yetirib. Nəticədə R.Səmədov xəstəxanaya yerləşdirilib.

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən X.Xankişiyevdən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS