Bakı. 24 mart. REPORT.AZ/ Lənkəranda qəza zamanı 10 nəfər xəsarət alıb."Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 23-də saat 12 radələrində Lənkəran rayonunun Girdəni kəndində Boladi kənd sakini Samir Abdullayevin və şəhər sakini Kazım Əzizovun idarə etdikləri “Mercedes” markalı mikroavtobuslar toqquşub. Nəticədə K.Əzizovun 10 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti qənaətbəxş olub, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qəza ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.