Azərbaycanda +18 kino çəkildi (VİDEO)
ANS PRESS-in məlumatına görə, "Arzuların ardınca" adlanan tammetrajlı film kinosevərlərə aprel ayında təqdim olunacaq.
Filmin ssenari müəllifi Mehman Rəsulov, quruluşçu rejissoru Ramil Ağasiyev, operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssam Elgün Vəliyev, ikinci rejissor və prodüser Asif Rəhimov, texniki direktor Nicat Zeynallıdır. Baş rolları xalq artisti Vaqif Əsədov, Zarina Qurbanova, Rasim Cəfər, Flora Hüseynova və digər aktyorlar çəkiliblər.
“Arzuların ardınca” adlı bu ekran əsəri melodrama janrında çəkilib. Sevgi və ailə-məişət mövzusunda olan film gənc oğlanın həyatından bəhs edir. Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil tənha həyatını yaşayır. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir. Bu vəziyyətdə sevgilisi onu atıb gedir. Xəstəxanada xərçəng xəstəliyinə tutulduğunu öyrənən Kamilin Arzu ilə görüşü yeni həyatın başlanğıcı olur. Filmin süjet xəttində gərgin hadisələr məhz bundan sonra başlayır.
Ssenari müəllifi filmin süjet xəttinin xərçəng xəstəsi olan insanların fikirlərini insanlara çatdırmaqdan ibarət olduğunu deyir. Yəni xərçəng xəstəsi olan insanlarda inam, ümid yartamaqdır.
Yataq səhnələri olduğu üçün film 18 yaşdan yuxarı kateqoriya üçün nəzərdə tutulub. Yataq səhnələrində dublyorlar çəkilib.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33