Dünən Bakıda türkiyəli ifaçı Murat Dalkılıçın konserti olub
Paytaxtdakı klubların birində baş tutan konsert proqramında onunla gənc müğənni Aysel Əlizadə bir səhnəni bölüşüb.

Murat Dalkılıç yeni albomundan sevilən mahnılarını ifa edib.

Atv.az-a özəl açıqlama verən müğənni bildirib ki, Bakıya dünən gəlib və şəhəri gəzmək imkanı olmayıb. Lakin paytaxtımızın gözəlliklərinə mütləq tamaşa edəcək.

Qeyd edək ki, Murat Dalkılıç “Bir hayli”, “Bu nasıl aşk”, “Derine” kimi mahnıları ilə tanınır.

Milli.Az