Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə qarşılaşacaq Azərbaycan millisinin ümumi dəyəri açıqlanıb. Apasport.az-ın transfermarkt.de saytına istinadən məlumatına görə, Malta ilə oyun üçün Robert Prosineçki tərəfindən yığmaya çağırılan 24 futbolçunun ümumi dəyəri 7 milyon 250 min avrodu.

 

Millimizin heyətində ən dəyərli futbolçular kapitan Rəşad Sadıqov və Almaniyada çıxış edən Dmitri Nazarovdu. Karyerasını Türkiyədə davam etdirən Vaqif Cavadovun qiyməti onlardan cəmi 50 min aşağıdı. Ən az qiymət isə yığmanın debütantı olan gənc Coşqun Diniyevə qoyulub. Maraqlıdı ki, “Qarabağ”ın heyətində avrokubokda yüksək səviyyədə çıxış edən Bədavi Hüseynova qiymət qoyulmayıb.

 

1. Rəşad Sadıqov - 650.000 avro

2. Dmitri Nazarov - 650.000

3. Vaqif Cavadov - 600.000

4. Rahid Əmirquliyev - 500.000

5. Kamran Ağayev - 500.000

6. Mahir Şükürov - 400.000

7. Elvin Məmmədov - 400.000

8. Ruslan Abışov - 400.000

9. Əfran İsmayılov - 400.000

10. Səlahət Ağayev - 350.000

11. Eddi İsrafilov - 300.000

12. Maksim Medvedev - 300.000

13. Vüqar Nadirov - 300.000

14. Cavid Hüseynov - 300.000

15. Andrey Popoviç - 200.000

16. Məhəmməd Mirzəbəyov - 150.000

17. Qara Qarayev - 150.000

18. Namiq Ələsgərov - 150.000

19. Cavid Tağıyev - 150.000

20. Arif Daşdəmirov - 150.000

21. Məhəmməd Qurbanov - 100.000

22. Ruslan Qurbanov - 100.000

23. Coşqun Diniyev - 50.000

24. Bədavi Hüseynov – qiymətsiz