[ 24 Mart 2015 12:42 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlaşma hadisəsi baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 20-də Səbail rayonu ərazisindən Bakı şəhər sakini Nicat Babayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

 

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Ağasif Niftəliyev tutulub.