Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakının Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər giriş qapısını açmış və mənzilə baxış keçirərkən insan faktoru aşkar etməyiblər.

Əməliyyat saat 19:39-da başa çatıb.

Milli.Az