ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Quba-Xinaliq yolunda qar səbəbindən hərəkət məhdudlaşib. Yolun 31-ci kilometrindən 50-ci kilometrinə qədər olan hissəsində qar uçqunu baş verib. Bu səbəbdən gediş-gəliş qismən bağlanib. Qubanin Xinaliq kəndinə düşən qarin qalinliği 40 santimetrə qədər olub. Digər dağ kəndlərinə isə sulu qar yağib.
Qarın təmizlənməsi üçün clb edilən Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi hesabına Quba - Xınalıq yolunda hərəkət bərpa olunub.
Şimal-şərq bölgəsində qeyri-sabit hava şəraitinin 25-ə qədər davam edəcəyi proqnozlaşdirilir.




MənbəANS PRESS Aytəkin Alxaslı