Müğənni Manaf Ağayevin ailəsində ağır itki baş verib.

Axşam.az-ın məlumatına görə, ifaçının 59 yaşlı bacısı Sürəyya xanım dünyasını dəyişib.

Qaraciyər sirrozundan əziyyət çəkən Sürəyya ötən gün vəfat edib.

Qeyd edək ki, M.Ağayevin bacısı xəstəxanada müalicə alırdı. Əməliyyat olacağı planlaşdırılan Sürəyyaya M.Ağayev qaraciyərini verəcəkdi.