Avropa İttifaqının hansı ölkələrinin daha çox xoşbəxt olduğu hesablanıb. ANS PRESS-in məlumatına görə, reytinq cədvəlini hazırlayanlar bunun üçün sorğu keçiriblər.

Sorğuda iştirak edənlər "Siz indi öz həyatınızdan nə dərəcədə razısınız?" sualını cavablandırıblar. Respondentlər bu sualı 10 ballıq sistemlə cavablandırmalı olublar. 0 - təmamilə narazıyam, 10 isə - bütünlüklə razıyam anlamını verib.

Nəticədə ən xoşbəxt ölkələr Danimarka, Finlandiya və İsveç olub. Bu ölkələr 8 bal toplayıblar. Siyahıda ən sonuncu yer Portuqaliya və Yunanıstan (6,2) və Bolqarıstan (4,8 bal) olub. Bu ölkələrdə yaşayanlar həyatdan ən az razı qalanlardır.

Bütün Avropa İttifaqı ölkələri üzrə isə bu göstərici 1,1 bal göstərilib.


Xoşbəxtlik reytinqi bir müddət əvvəl dünyanın 151 ölkəsi üçün təqdim edilmişdi. Kosta-Rika, Kolumbiya, Vyetnam, Böyük Britaniya bütün planet üzrə 44-cü yerdə, Almaniya 47-ci, İspaniya 62-ci, Avstraliya 76-cı yerdə qərarlaşıb. Dünyanın ən böyük dövlətləri ABŞ uzaq 105-ci, Rusiya isə 144-cü pillədə idi.


Mənbə
ANS PRESS