Bakıda fantastik qiymətə daha bir villa satışa çıxarılıb.

Axşam.az-ın məlumatına görə, qiyməti 1 milyon 100 min manat olan mənzilin fotoları ev alqı-satqısı saytında yerləşdirilib.

Milyonerlər məhəlləsində yerləşən villa 9 otaqdan, 4 mərtəbədən ibarətdir. Əşyaları ilə birlikdə satılan evdə sauna, cakuzi, tennis, bilyard masası da var. 9 eyvandan ibarət olan villanın 7 sot torpaq sahəsi də mövcuddur.