Görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illiyi silsilə tədbirlərlə qeyd olunacaq
Bakı, 23 mart, AZƏRTAC
Cari il iyulun 28-də görkəmli bəstəkar, xalq artisti, dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 11 fevral tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq təsdiq olunub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına əsasən, il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında görkəmli bəstəkarın 80 illiyinə həsr olunan konsert və tədbirlərin, “dəyirmi masa”ların keçirilməsi, tamaşaların göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bəstəkarın muğam xəzinəsi ilə səciyyələnən yaradıcılığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrindən birini təşkil edir. Böyük musiqiçilər nəslinin layiqli davamçısı Vasif Adıgözəlov müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzini duyub. Müxtəlif illərdə bəstələdiyi opera, simfoniya, simfonik poema, fortepiano, skripka, violençel üçün konsertləri, oratoriya və musiqili komediyaları Vasif Adıgözəlova böyük şöhrət gətirib. Onun yaradıcılığı irihəcmli əsərlərlə yanaşı, populyar mahnı janrının gözəl nümunələri ilə də zəngindir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25