Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakının Nəsimi rayonunda mənzildə Karsuniski Vadim Mixayloviç bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
Təvəllüdü məlum olmayan V.Karsuniskinin cəsədi aidiyyəti üzrə təhvil verilib.