Göygöldə 23 yaşlı oğlan bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində baş verib.

Rayon sakini, 1984-cü il təvəllüdlü Ruslan İlqar oğlu Qənbərov mübahisə etdiyi həmyerlisi, 1992-ci il təvəllüdlü Səbuhi Mobil oğlu Əliyevi bıçaqlayıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən S. Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

R. Qənbərov könülü Göygöl rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az