Abbas Brilliant Dadaşovanı yox, Könülü Kərimovanı seçdi

“Aləm gözəl” mahnısının söz-söhbəti davam etməkdədir.

Milli.Az gecce.az-a istinadən bildirir ki, Abbas Bağırov bu haqda belə deyib:

““Aləm gözəl” mahnısını Brilliant Dadaşova və Ramal da oxuyublar. Brilliant xanıma sənətçi kimi heç bir fikir bildirə bilmərəm. Çünki məndən həm sənət, həm də yaşca böyükdür. Ancaq tamaşaçı kimi fikir bildirə bilərəm.
 
Özümdən başqa heç kimin ifasında bəyənməmişəm. Heç kim mənim kimi ifa edə bilməz. Bir Könül Kərimovanın ifasında bəyənmişəm. Çünki onda şur muğamı üstündə mahnılar çox uğurlu alınır. Həm də çox gözəl sənətkardır“.

Milli.Az