Xalq artisti Aygün Kazımova dünyanın ən məşhur musiqi mükafatı olan “Big Apple Music Awards”a layiq görülüb.

ANS PRESS-in məlumatına görə, müsabiqənin təşkilatçıları artıq xalq artistini təqdimetmə mərasiminə dəvət ediblər. “Big Apple Music Awards”ın builki təqdimetmə mərasimi iyul ayında baş tutacaq.

Artıq ötən gündən Aygün Kazımovanın adı müsabiqənin rəsmi saytında səs vermədə istirak etmək üçün yerləşdirilib.

Bu gün isə xalq artisti adıçəkilən yarışmada iştirak etməkdən imtina edib. Bu haqda Aygün Kazımova sosial şəbəkədə özü yazıb: “Mən bu yarışmadan imtina edirəm. Səbəb isə təşkilatçıların erməni olmasıdır. Sevənlərim səs göndərməsinlər...”
Mənbə
ANS PRESS