Milli.Az LifeNews-a istinadən bildirir ki, 82 yaşlı yazıçı Moskva xəstəxanalarından birində dünyadan köçüb.
Martın 13-də onkoloji xəstəliyi səbəbindən Arkanovun sinəsində ağrılar başlayıb. Həmin gün həkimlər onu xəstəxanaya götürməyiblər. Sabahı gün yazıçının halı pisləşib və boğulmağa başlayıb. Çağırışıa gələn həkimlər Arkanovu dövlət xəstəxanalarından birinə aparıblar.
Arkanov 1933-cü il iyunun 7-də Kiyevdə doğulub. 20 əsərin, eyni zamanda telefilmlərin ssenari müəllifi olub. Arkanovun pyesləri Moskva Satira Teatrında səhnəyə qoyulub. O, həmçinin bir neçə populyar televerilişin aparıcısı olub.
Milli.Az