Tovuz sakinləri Novruz bayramını Türkiyəli qonaqlarla birgə qeyd ediblər
Bakı, 21 mart, AZƏRTAC
Tovuzda Türkiyədən gəlmiş qonaqların - türk dünyasının tanınmış ədəbi simalarından olan ustad şair Camal Safi, istedadlı yazıçı və ünlü radio aparıcısı Mehmet Ercanın da daxil olduğu nümayəndə heyətinin iştirakı ilə Novruz bayramı tədbirləri keçirilib.
Novruzun bütün adət-ənənələrinin nümayiş olunduğu və Tovuz qalasında keçirilən tədbirdə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva və Türkiyəli qonaqlar birlikdə bayram tonqalını yandırıblar. T.Zeynalov bütün tovuzluları təbrik edərək, Novruzun, yeni ilin millətimiz və dövlətimiz üçün uğurlu olmasını diləyib.
Torpaqlarımız uğrunda şəhid olmuş qardaş-bacılarımızın ailələri başda olmaqla dünyanın hər yerində yaşayan soydaşlarımızı təbrik edən Qənirə Paşayeva hamının ürəyindəki ən böyük arzulardan birini dilə gətirərək deyib: “Arzu edirəm ki, gələn il Novruz bayramımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda - Xankəndində, Xocalıda, Şuşada və digər gözəl torpaqlarımızda da qeyd edək”. Milli Məclisin deputatı rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Camal Safi və Mehmet Ercanı Tovuzda salamlamaqdan məmun olduğunu deyərək qeyd edib ki, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə daim birlikdədir. O, dünyanın hər yerində yaşayan soydaşlarımızı və türk qardaşlarımızı Canaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə də təbrik edib və deyib ki, dəyərli şairimiz Camal Safi Azərbaycana böyük sevgisini “Miracımız Qarabağdır” şeiri ilə bir daha də göstərib.
Cemal Safi Azərbaycana Türkiyədəki bütün qardaş və bacıların salam və sevgilərini gətirdiyini, ona bu imkanı yaradan tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək deyib: “Türkiyə və türk xalqı hər zaman sizin yanınızda olub və bundan sonra da olacaq. İnşallah, bu cür gözəl görüş və tədbirləri Dağlıq Qarabağda da keçirəcəyik.” Sonra
ustad şair “Meracımız Qarabağdır” şeirini və bir sıra digər sevilən şeirlərini oxuyub.
Tovuzlular qarşısında çıxış etməkdən çox şad olduğunu deyən Mehmet Ercan bundan sonra onlarla daha tez-tez görüşmək istədiyini deyib. “İnşallah gələn görüşümüzü Dağlıq Qarabağda keçirək” - deyən M.Ercan özü yazılarından bir neçəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva və Türkiyədən olan qonaqlar birlikdə rayonun kəndlərinin və təşkilatların hazırladığı Novruz tədbirləri ilə tanış olub, yumurta döyüşüb, sakinlərlə birgə Novruz bayramını qeyd ediblər.
Tədbirdə Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova və rayonun musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Tovuz sakinləri bayram tonqalları ətrafında yallı gediblər. Tədbir “Qarabağ şikəstəsi” ilə başa çatıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08