Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gədəbəy rayonu, Slavyanka kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.