Aktrisa Yasəmən Məlikin qızı Cahan Azər Türkiyədə yaşayır və çalışır. O, Türkiyədəki fəaliyyəti haqda Milli.Az-a bunları danışıb:

"Artıq bir neçə ildir ki, Türkiyədə yaşayıram. Burada köməkçi rejissor kimi fəaliyyət göstərirəm. Çəkdiyimiz layihələr müxtəlif türk kanallarında yayımlanır. Məsələn, türklərin Atv telekanalında yayımlanan "Durdura bilirsən" verilişinin adını çəkə bilərəm. Bu layihədə komediya aktyorları ilə səhnəciklər çəkirdik. Hal-hazırda qısa film çəkməyi düşünürük. Anam da artıq birdəfəlik mənim yanıma köçüb. Uzun illərdir işlədiyi teatrdan çıxıb, sənət həyatına burada davam etmək istəyir. Hər kəsin bir güc qaynağı var. O mənim həm anamdır, həm də atam".

Qeyd edək ki, Cahan Azər bir sıra məşhur türk seriallarında da rol alıb. "Qalib dərviş", "Şefkat təpə" seriallarını buna misal göstərmək olar. O, həmçinin Azərbaycanda bir çox film və serialların dublyajında da yaxından iştirak edib.

Əli Rəhimoğlu
Milli.Az






Videonu izləmək üçün şəklə klikləyin.

фото