Birinci Bakı beynəlxalq poeziya festivalı öz işinə başlayıb
Bakı, 20 mart, Z. Mansurova, AZƏRTAC
Martın 20-də Alman-Azərbaycan Mədəniyyət Mərkəzi-Kapelhausda “Sözün də su kimi lətafəti var” devizi altında birinci Bakı beynəlxalq poeziya festivalı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin (BTƏƏM), “Kitabçı” jurnalının, “www.ayb.az”, “www. news.az” saytlarının və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
BTƏƏM-in sədri, şair Səlim Babullaoğlu bildirib ki, festivalın devizinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sözün də su kimi lətafəti var” misrasından götürülməsi heç də təsadüfi deyil. Festivalda sevgi, mərhəmət, qardaşlıq, anlaşma, bahar, gözəllik, su saflığı təbliğ olunan şeirlər, mahnılar ifa olunacaq.
Tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar martın 21-nin UNESCO təqviminə görə Ümumdünya Şeir və Beynəlxalq Novruz günləri, 22 martın isə Ümumdünya Su Resusrsları Günü kimi qeyd edildiyini bildirib. Su kimi səmimi, saf sözün, poeziyanın qarşılıqlı olaraq dünya xalqları mədəniyyətinə paylaşma, anlaşma dili kimi daxil olacağını vurğulayıb.
Xalq yazıçısı Anara festivalın fəxri diplomu və xatirə hədiyyəsi, eyni zamanda türk şairi Ataol Bəhramoğluna Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomu və xatirə hədiyyəsi təqdim olunub.
Festival çərçivəsində “100 dəqiqə şeir!” mövzusunda poeziya və musiqi axşamı keçirilib. Qeyd edək ki, proqram çərçivəsində türk şairi Ataol Bəhramoğlu və gitara ustası Haluk Çətin bahar təravəti saçan şeirlər, mahnılar ilə çıxış ediblər. Bundan başqa, şeir axşamında dünyanın bir çox şairləri öz şeirlərini səsləndirib.
Festivalda Azərbaycanla yanaşı, Finlandiya, Serbiya, Rusiya, Belarus, Özbəkistan, İran və Türkiyədən nümayəndələr iştirak və çıxış ediblər. Tədbirlərdə Toni Kontino, Milissa Yeftiyemeviç-Litiç, Sergey Lovyuk, Soodat Muxammadova və başqaları öz yaradıcılığından bədii nümunələr səsləndiriblər.
Bildirilib ki, martın 23-dək davam edəcək festival çərçivəsində Quba və Xaçmazda qiraət müsabiqələrinin və “Milli ədəbiyyatlarda su mövzusu” ətrafında elmi-ədəbi debatların, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin gənclər birliyi ilə görüşün, eləcə də poeziya axşamının, eyni zamanda turistik yerlərə gəzintilərin təşkilinin reallaşdırılması nəzərdə tutulub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25