Azərbaycanlı müğənnilər Natəvan Həbibi, Səidə Sultan və Elnur Almaniyada Novruz şənliyinə qatılıblar.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, şənlikdən sonra müğənnilər Kanal Avropa Duisburg eudukanalında yayımlanan Ersoy show verilişinə dəvət alıblar. Məqsəd isə Bakıda keçiriləcək ilk Avropa oyunları ərəfəsində Azərbaycanı Avropada daha da geniş şəkildə tanıtmaq, təbliğ etmək olub.
 
Müğənnilərimiz dünən verilişdə iştirak etmək üçün razılıq veriblər və proqramın anonsları yayılıb ki, Azərbaycandan çox tanınmış müğənnilər gələcək. Hətta 2 saatlıq verilişin müddəti 3 saata qədər artırılıb ki, Azərbaycan Avropada geniş şəkildə təbliğ olunsun. Lakin proqramın başlamasına 2 saat qalmış müğənnilər gələ bilməyəcəklərini söyləyiblər.
 
Natəvan Həbibi və digər müğənnilər buna heç bir səbəb gətirməyiblər. Maraqlısı burasındadır ki, Azərbaycanı Avropada tanıtmaq imkanı yaranmışkən müğənnilərimiz niyə bundan istifadə etməyiblər. Özü də Bakıda ilk dəfə keçiriləcək Avropa oyunları ərəfəsində. Bəlkə bu onlara maraqlı deyil?

Milli.Az