Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Poroşenko rəsmi twitter səhifəsində yazıb.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla vacib görüş keçirirəm", - deyə prezident bildirib.
 
Qeyd edək ki, bundan əvvəl bildirilirdi ki, Ərdoğan Ukraynaya rəsmi səfər edəcək. Prezident Ukrayna-Türkiyə yüksək əməkdaşlıq Şuarının 4-cü iclasında iştirak etməyi planlaşdırıb.
 
Türkiyə prezidentinin Ukrayna baş naziri Arseni Yatsenyuk ilə görüşü də nəzərdə tutulub.
 
Milli.Az