Britaniyanın ən məşhur supermodellərindən biri Kelli Brukla bağlı yeni qalmaqal yaranıb. Onun sabiq nişanlısı Devid Makintoş Kellinin yazdığı ismarıcları açıqlayıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, WhatsApp vasitəsilə Devid Makintoşla əlaqə saxlayan Kelli Bruk "Sənə əşyalar alındıqca, qalmağa yerin olduqca qadınlardan asılısan. Cess kiçik fahişə, Eşlin isə küçə sırtığıdır yazıb.
Makintoş isə bildirib: "Kelli, birlikdə olduğum qadınları təhqir etməkdən əl çək. İnsanlar sənin nə qədər iyənc qadın olduğunu görməlidir".
Makintoşun dediyinə görə, Kelli Bruk "Cess" deyərkən Cess İmpiazzini, "Eşlin" yazanda isə Eşlin Horqan Uollası nəzərdə tutub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin



















