İçərişəhərdə növbəti Beynəlxalq Novruz Festivalı
Bakı, 20 mart, AZƏRTAC
Martın 20-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz münasibətilə təşkil edilən II Beynəlxalq Novruz Festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri festivalın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, artıq ikinci dəfədir keçirilən və dörd gün davam edəcək Beynəlxalq Novruz Festivalında Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də qatılıb.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Ahmet Arslan, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi və “Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin direktoru Valentin Denisov bayram münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb, sülh və firavanlıq arzulayıblar.
Belə festivalların xalqlar arasında mövcud dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayan diplomatlar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir musiqili, əyləncəli-bədii bayram proqramı ilə davam edib. Proqramda Azərbaycanla yanaşı, iştirakçı ölkələrin incəsənət ustaları da çıxış edir.
Festival münasibətilə Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olunub. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, suvenirlər, kitablar, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənir.
Novruz bayramı şənlikləri, həmçinin bir-birindən maraqlı çoxsaylı tədbirlərlə qeyd edilir. Belə ki, səhər saatlarından başlayaraq pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərir, Bakı Uşaq Teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadır.
Həmçinin sənətkarların əl işləri, Türkiyə təmsilçilərinin “Ebru” sənəti ustalarının hazırladıqları nümunələr ziyarətçilərin böyük marağına səbəb olub.
Bununla yanaşı, festival çərçivəsində Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçirilir.
Bir məqamı da vurğulayaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi festivalda yardım üçün könüllülərin aktiv fəaliyyətini də təmin edib. Belə ki, üzərində “Ask me” yazılmış yaşıl rəngli köynəklərdə gəzən könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanır, turistlərə, eləcə də yerli qonaqlara lazımi yardım göstərir, istiqamətləndirir, həm İçərişəhər, həm də festivalla bağlı sualları cavablandırır, bukletlər və təbliğat materialları paylayırlar.
Qeyd edək ki, bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçirilir. “Qala” Qoruğunda təşkil edilən iki günlük Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də Qoşa qala qapıları qarşısından yola düşən nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərir.
Havanın yağmurlu olmasına baxmayaraq, insanlar bayram əhval-ruhiyyəsi ilə festivalı ziyarət edirlər.
Bildirək ki, II Beynəlxalq Novruz Festivalı martın 23-dək davam edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33