Hollivud aktrisası və müğənnisi Hilari Daff sarı saçlarını göylə əvəz edib.
Axşam.az Dailymail-ə istinadən xəbər verir ki, 27 yaşlı sənətçi "Instagram" hesabına yeni saçla çəkdirdiyi şəklini qoyaraq: “məni su pərisinə bənzədiblər” – deyə yazıb.
Qeyd edək ki, aktrisanın izləyiciləri onu keçən il saçlarını bu rəngə boyadan Kim Kardaşyanın bacısı Kayli Kardaşyana bənzədiblər.