Tədbirin təşkilatçısı Tofiq Əliyevin ANS PRESS-ə verilən məlumata görə, tədbirin ustalıq dərsləri və konsert proqramı olmaqla iki hissədən ibarət keçirilməsi nəzərdə tutulub. Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri də göstəriləcək.
Tədbirə ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ökələrin dünya şöhrətli müəllimləri dəvət olunub. Rəqslər Muaz Konate, Ella Jauk, Karuk Qrequar, Aroa Ximenez, Julyen Koqordan, Maria Luiza Pantes de Medeyros kimi dünyaşöhrətli rəqqaslar tərəfindən keçirilir.
Tədbirin təşkilatçıları Tofiq Əliyev, Əlimərdan Əliyev və Fərid Mehdiyevdir.
Qeyd edək ki, dərslər Harmony Danc Studiyasında səhər saat 10:00-dan 15:00-dək keçirilir. Dərslər Salsa Los-Ancelos, Salsa Nyu-York, Baçata, Ça-ça-ça, Paçanqa, Staylinq rəqs növləri üzrə aparılacaq. Dərslərdə iştirak etmək istəyən hər kəs təmənnasız olaraq müraciət edə bilər.





MənbəANS PRESS