Axşam.az-ın əməkdaşı ilə söhbətində aktrisa küsmələri ilə bağlı yayılan söz-söhbətlərə son qoyub:
“Efirlərə bir müddət ara verdim. Geri qayıdanda yeni layihə təklifi aldım. Fərqlilik istəyirdim. “Səs verməyin!”də Toppuşla Keyxanıma ehtiyac yox idi. Onların da “Cehiz” adlı verilişləri var, maraqlıdır. Başqa bir layihədə yenidən birləşə bilərik. Aramızda inciklik yoxdur. Biz mübahisə yaşayan insanlar deyilik”.
D.Əliyeva həyat yoldaşı, “Soy” prodakşının rəhbəri Oqtay Əliyevin ona tutduğu iradlardan da danışıb:
“Həmişə iradlarını bildirir: filan məqamda gecikdin, burada gec cavab verdin, boşluq yarandı, bir də təkrarlama. Hərdən efirdə səhv edəndə Oqtay məni ağladır da. İradını elə kobud formada deyir ki, göz yaşlarımı saxlaya bilmirəm”.
Aktrisa qızlarından da bəhs edib:
“Böyük qızım fəlsəfə fakültəsini bitirir. Magistraturaya hazırlaşır. Balaca qızım aktivdir, onun aparıcı, aktrisa olmaq bacarığı var”.
Milli.Az