"Asfaltları işıqlandıraq" meqalayihəsi - ancaq Azərbaycanda - FOTO
Paylaş
19 Mart 2015, 17:05·52 baxış·1 dəq oxu
Yollarımızın işıqlı olmamasından həmişə şikayətlənmişik. Amma bu dəfə məmurlar problemi radikal həll ediblər. Daha doğrusu, aşmış işıq dirəyi insanların səbr kasasını daşdıranadək həll edilməyib. İşıq dirəyi ətrafı yox, asfaltı işıqlandırır.
Sabunçu rayonunda işıq dirəyi aşsa da, onu qaldıran yoxdur. Bu azmış kimi, işıq dirəyindəki gərginlik kəsilməyib. Yoxsa indi də yeni, "asfaltları işıqlandıraq" layihəsinə start verilib? Gülər Milli.Az