Əməkdar artist Sevda Ələkbərzadənin həyat yoldaşı, Azərbaycan əsilli iş adamı Kamyer ifaçılıq məharətini nümayiş etdirib. Lent.az-ın məlumatına görə, o, “Xumar oldum” adlı xalq mahnısını ifa edib. Onu royalda İradə Axundova müşayiət edib.
Qeyd edək ki, S.Ələkbərzadə Azərbaycan əsilli iş adamı ilə ötən il mayın 24-də ailə qurub. S. Ələkbərzadə ilə həyat yoldaşı arasında 5 yaş fərq var. Sevda 1977-ci il iyulun 4-də, Kamyer isə 1982-ci il martın 11-də dünyaya gəlib.
