Bəzi apteklərdə isə yoxlamalar aparmaq mümkün olmayıb. Buna səbəb reydin keçirilməsindən xəbərdar olan sahibkarların aptekləri bağlaması olub. Reydlərin mütəmadi olaraq aparılması planlaşdırılır.
”Məqsədimiz apteklərdə qanunvericiliklə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməyən, müvafiq tələblərə cavab verməyən saxta, keyfiyyətsiz, satışı qadağan olunan dərmanlar varsa, onları satışdan çıxarmaqdır. Biz reydlər zamanı müəyyən etdik ki, elə mağazalar var ki, vergi vermir, lisenziyasız fəaliyyət göstərir”, DBNX-in əməkdaşı Mustafa Allahverənov bildirib.
Milli.Az