Qəzadan əvvəl Əli Məmmədovun idarə etdiyi “Qazel” markalı yük maşını paytaxt istiqamətində hərəkətdə olub. 43 yaşlı İsgəndərov Ramil Məhəmməd oğlunun idarə etdiyi “Hyundai” markalı yük maşını isə onunla əks istiqamətdə hərəkət edirmiş. İlk toqquşan yük maşınları olsa da, sonradan Şamaxı istiqamətində 39 yaşlı Quliyev Zaur Qulu oğlunun idarə etdiyi “Oka” markalı minik maşını həmin avtomobillərə çırpılıb. Yol qəzası nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü R.İsgəndərov və “Oka” markalı avtomobilin sürücüsü Z.Quliyev xəsarət alıb. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Avtoqəzanın təfərrüatlarını Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları araşdırır. İlkin ehtimala görə, hadisə “Hyundai” markalı yük maşınının qoşa xəttin tələbini pozaraq qarşı tərəfdən gələn nəqliyyat vasitələrinin yoluna çıxması səbəbindən baş verib.







