Müğənni-bəstəkar Emin xalq artisti Zülfiyyə Xanbabayeva ilə yenidən işbirliyi quracaq.

Axşam.az-ın məlumatına görə, bu haqda Z.Xanbabayeva “Solo” verilişində qonaq olarkən xəbər verib:

“Birlikdə yeniliklərimiz davam edəcək. Bu dəfə Eminin bir bəstəsini oxuyacağıq”.

Qeyd edək ki, Z.Xanbabayeva və Emin Müslüm Maqomayevin “Azərbaycan” bəstəsini duet şəklində səsləndirmişdi.