Bakı. 18 mart. REPORT.AZ/ Bakının Nəsimi rayonunun Rasim Səfərov 186 ünvanında Qənirə Babayevaya məxsus mənzildən oğurluq edilib. "Report"un məlumatına görə, hadisə zamanı evə daxil olan şəxslər mənzildən 14 min manat pul və 8 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar. Oğrular mənzilə ev sahibləri evdə olmayan vaxt daxil olublar.
Hadisə yerinə cəlb edilmiş polis əməkdaşlarının diqqətini çəkən isə mənzilə daxil olan şəxslərin mənzilin əsas qapısındakı kilidi qırmadan həyətə girmələri olub.
Həmçinin, evin həyəti də havadan dəmirlərlə hasara alınıb. Oğruların həyətə hansı üsulla daxil olması müəmmalı olaraq qalır. Həyətə daxil olandan sonradan pəncərəni qıran oğrular mənzilə daxil olublar.
Hazırda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları mənzildən oğurluq edən müəmmalı oğruların axtarışlarını davam etdirir.